"Telavi"nin (Gürcüstan) futbollçusu Giorgi Papunaşvili karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.
Newsport.az-ın məlumatına görə, bu barədə goal.ge məlumat yayıb. Bildirilir ki, 27 yaşlı gürcüstanlı hücumçu "Kəpəz"ə keçəcək. Onun artıq Gürcüstandan Azərbaycana gəldiyi qeyd olunub.
Papunaşvili mövsümün ilk yarısını “Samtredia”da keçirib. O, daha sonra ancaq kubok matçında meydana çıxdığı “Telav”a transfer olunub.
Qeyd edək ki, "Kəpəz" bu yay Vurğun Hüseynov, Zamiq Əliyev, Rüfət Əhmədov (icarə, "Qəbələ"), Əli Səmədov, Ehtiram Şahverdiyev, Elmir Tağıyev (icarə, "Səbail"), Vladislav Vasilyuçek, Olavale Onanuqa, Latir Fal, Vüsal Məsimov, Şakir Seyidovu (icarə, "Sabah") transfer edib.