"Kəpəz" tanınmış futbolçunu transfer etdi Rəsmi

"Kəpəz" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, gürcüstanlı Georgi Papunaişvili "sarı-göylər"in şərəfini qoruyacaq. 27 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna kimi müqavilə imzalanıb. 

Tbilisi "Dinamo"sunun yetirməsi olan Papunaişvili ölkəsi ilə yanaşı, Avropada da top qovub. İspaniyada “Saraqosa” və “Rasinq”də forma geyinib. Kiprin “Apollon” və Serbiyanın “Radniçki” klublarında oynayıb. Gürcüstan yığma komandasında 12 oyuna 2 qol vurub. 

Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Georginin son klubu ölkəsində "Telavi" olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right