"Xəzər Lənkəran" "böyük oyun" üçün başladı

Azərbaycan Premyer Liqasının 5-ci turunda səfərdə "Neftçi” nin qonağı olacaq "Xəzər Lənkəran” hazırlığına start verib.
 

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Lənkərandakı bazasında dünəndən etibarən bir araya gələrək məşqlərini davam etdirir. Heyətdə zədəli futbolçu olmasa da Sadio Tounkaranın "Neftçi"yə qarşı matçda meydana çıxması sual altındadır. Artıq 4 aydır ki, əməliyyat olunan malili futbolçu komanda ilə birgə məşqlərə qoşulsa da, meydana çıxmağa tam hazır deyil.
Sentyabr ayının 18-nə qədər hazırlığı doğma şəhərdə davam etdirəcək "Xəzər Lənkəran” sonra matç üçün paytaxta yola düşəcək
Qeyd edək ki, "Neftçi" - "Xəzər Lənkəran" qarşılaşması sentyabrın 20-i saat 21.00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right