Azərbaycan Premyer Liqasının növbəti turunda “Kəpəz”lə qarşılaşacaq “Araz-Naxçıvan” məşqlərini gündə bir dəfə olmaqla davam etdirir.
Newsport.az-ın məlumatına görə, “Sumqayıt”la oyunun birinci hissəsində zədələnən və matçı davam etdirə bilmədiyinə görə fasilədə əvəzlənən Mohammed Kadirinin, eləcə də məşqdə yüngül zədə alan Miço Kuzmanoviçin Gəncədəki görüşdə meydana çıxıb-çıxmayacağı sual altındadır.
Qeyd edək ki, “Kəpəz” – “Araz-Naxçıvan” oyunu sentyabrın 3-də, saat 17:00-da, Gəncə şəhər stadionunda keçiriləcək və CBC Sport kanalı ilə canlı yayımlanacaq.