Çimərlik futbolu üzrə Azərbaycan millisinin Avropa Superfinalında qarşılaşacağı rəqiblər məlum olub.
Newsport.az AFFA-ya istinadən xəbər verir ki, sentyabrın 19-25-i aralığında İtaliyanın Alqero şəhərində keçiriləcək oyunlarda yığma B qrupunda İsveçrə, Türkiyə və Rumıniya komandaları ilə mübarizə aparacaq.
Qarşılaşmaların dəqiq tarixləri hələlik məlum deyil.