“Ayaz Quliyevlə danışıqlar kifayət qədər asan keçdi” - Murad Musayev

“Sabah”ın baş məşqçisi Murad Musayev Ayaz Quliyevin paytaxt klubuna keçidindən danışıb.

Newsport.az xəbər verir ki, o, Rusiya mətbuatına açıqlamasında bunları söyləyib:

“Ayaz Quliyevlə danışıqlar kifayət qədər asan keçdi. Futbolçu özü “Sabah”a keçmək istəyirdi. Fikrimcə, Ayaz yaxın zamanda Azərbaycan pasportu alacaq. Bu, yerli çempionatda legioner limiti ilə bağlı vacibdir. Məsələnin hazırda hansı mərhələdə olduğunu bilmirəm. Əminəm ki, futbolçu ən yaxşı formasını bərpa edəcək və Azərbaycan millisini gücləndirə biləcək”.

Xatırladaq ki, “Sabah” 26 yaşlı yarımmüdafiəçini Rusiyanın “Ximki” klubundan transfer edib. Onunla 3 illik müqavilə imzalanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right