"Kəpəz"in futbolçusu üçün əlamətdar oyun

"Kəpəz"in futbolçusu Tural Rzayev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Newsport.az PFL-ə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının III turuna təsadüf edib.

O, “Turan Tovuz”la ev qarşılaşmasına (0:2) start heyətində çıxıb və 62 dəqiqə meydanda olub. Tural Premyer Liqada keçirdiyi 100 matçda 1 qol vurub.

Ölkə çempionatının yüksək dəstəsində yalnız bir komandanın – “Kəpəz”in formasını geyinən yarımmüdafiəçinin debütü 2015/16 mövsümündə gerçəkləşib. O, 2015-ci il avqustun 9-da “Neftçi” ilə səfər qarşılaşmasında şans qazanıb. Həmin görüş 0:0 hesabı ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right