"Sumqayıt"ın futbolçusu 100-ə çatdı

Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilən “Araz Naxçıvan” – “Sumqayıt” qarşılaşması daha bir əlamətdar hadisə ilə yadda qalıb.

Newsport.az xəbər verir ki, "kimyaçılar"ın futbolçusu Murad Xaçayev bütün turnirlər daxil olmaqla komandanın heyətində 100-cü oyununu keçirib.

Bu oyunların 87-si Premyer Liqa, 11-i Azərbaycan Kuboku, 2-si isə Avrokubok oyunlarına təsadüf edib. Xaçayev bu oyunlarda 6 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Nəzərinizə çatdıraq ki, 3-cü turda "Sumqayıt"ın daha bir futbolçusu - Elvin Bədəlov da komandamızın heyətində 100-cü matçını keçirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right