"Qarabağ"la oyunöncəsi "Kəpəz"də ciddi itki

Azərbaycan Premyer Liqasının 4-cü turunda "Qarabağ"la qarşılaşacaq "Kəpəz" matça itkilərlə çıxacaq.

Newsport.az Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Vurğun Hüseynov, Abdullahi Şuaybu, Ehtiram Şahverdiyev və Mate Kvirkviya zədə səbəbindən oyunu buraxmalı olacaq.

Mahir Həsənovun vəziyyətinə isə oyun günü aydınlıq gələcək.

Cəza dövrü bitməyən Elmir Tağıyev də görüşdə iştirak edə bilməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right