Azərbaycan milli komandasının sabiq müdafiəçisi Elvin Yunuszadənin klubsuz günləri davam edir.
Newsport.az saytına verilən məlumata görə, ona birinci və ikinci liqada yarışan klublardan təklif gəlib.
Amma futbolçunun hansı komandaya keçəcəyi hələ ki, bəlli deyil. Yunuszadə bir müddətdir ki, “Araz-Naxçıvan”ın düşərgəsində məşq edir. Onun Naxçıvan təmsilçisi ilə rəsmi müqavilə imzalayıb-imzalamayacağı da dəqiq deyil. Yaxın günlərdə "Qarabağ" və "Neftçi"nin sabiq üzvünün karyerasına harada davam edəcəyi dəqiqləşəcək.