"Neftçi"yə qarşı oynamış forvard Azərbaycan klublarına təklif edilib

"Jelezniçar"ın hücumçusu Suleyman Krpiç karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Jelezniçar"ın heyətində "Neftçi"yə qarşı oynamış forvard Premyer Liqamızda çıxış edən bir neçə kluba təklif edilib.

32 yaşlı hücumçunu maliyyə məsələlərində razı salacaq təklif olarsa, o, "transfer pəncərəsi"nin son gününə qədər Azərbaycana gəlmək şansından istifadə edəcək.

Krpiç karyerası ərzində “Sarayevo”, “Sloboda Tuzla”, AİK, “Traktor”, “Suvon”, “Astra”, “Tuzla Siti”, “Vestern Sidney” komandalarının formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right