"Sumqayıt"ın legioneri Kamerunla oyuna dəvət edildi

"Sumqayıt"ın yeni legioneri Tresor Mossi milli komandaya dəvət edilib.

Newsport.az-ın məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi sentyabrın 12-də Afrika Millətlər Kubokunun növbəti turunda Kamerunla üz-üzə gələcək Burundi yığmasına cəlb olunub.

Mossi bu yay "Sumqayıt"la müqavilə imzalayıb.

Futbolçu çempionatda 2 oyuna çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right