"Sabah" legionerini icarəyə göndərəcək

"Sabah" legioneri Hiqor Qabrieli növbəti dəfə icarəyə göndərməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, braziliyalı müdafiəçi bir neçə klubdan təklif alıb.

“Sabah” Qabrielin adını yeni mövsüm üçün Azərbaycan Premyer Liqasında da sifariş ərizəsinə daxil etməyib.

Ötən mövsümü icarə əsasında “Dinamo”(Minsk) və “Lvov”da keçirmiş Hiqorun Türkiyə və ya Rusiyaya yollanacağı gözlənilir.

24 yaşlı futbolçunun "Sabah"la müqaviləsi 2024-cü il dekabrın 31-nə qədərdir. Qabriel Masazır klubuna "Fluminense"dən keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right