“Turan Tovuz” klubu stadion problemini həll edib.
Newsport.az-ın məlumatına görə, Tovuz Şəhər Stadionunda VİP sektor yenidən istifadəyə verilib.
Əsas tribunada olan VİP sektordan oyunları izləmək istəyən azarkeşlər 5 manatlıq bilet almalıdırlar.
“Turan Tovuz” cari mövsümdə Premyer Liqada ilk ev oyununu 4-cü tur çərçivəsində “Səbail”ə qarşı keçirəcək. Oyun avqustun 26-da baş tutacaq.