"Qarabağ"ın "Monako"nun sabiq futbolçusu Qabriel Boşilyanı transfer edəcəyi ilə bağlı məlumatlar yayılıb.
Hətta tanınmış “transfermarkt” portalı da “Kuritiba”nın futbolçusunun “Qarabağ”a keçəcəyini iddia edirdi.
Newsport.az-ın məlumatına görə, Ağdam klubu ümumiyyətlə braziliyalı futbolçu ilə maraqlanmayıb və ona təklif göndərməyib. "Nant"ın sabiq futbolçusunun Ağdam klubuna keçidi gözlənilmir.
27 yaşlı futbolçu “San-Paolo”, “Monako”, “Standart”(Liej), “İnternasyonal” klublarında oynayıb.