"Neftçi"nin istədiyi legioner yaxınları ilə sağollaşdı, Bakıya gəlir Foto

"Neftçi"nin növbəti transferi də legioner olacaq.

Newsport.az-ın məlumatına görə, "ağ-qaralar" paraqvaylı futbolçu Dieqo Qabriel Valdez Samudio ilə müqavilə imzalayacaq.

29 yaşlı futbolçu artıq Paraqvaydan ayrılıb. O, yaxınları ilə sağollaşaraq ölkəmizə yola düşüb. Bununla bağlı paraqvaylı sosial şəbəkə hesabında da paylaşım edib. 

Paraqvay millisinin yarımmüdafiəçi "San Luis", "Sol de Amerika", "Quarani"də oynadıqdan "Quayrena"ya keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right