Estoniyanın paytaxtı Tallində təşkil olunan UEFA İnkişaf turnirində iştirak edən 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız heç-heçə edib – 0:0.
Əsasnaməyə əsasən, qalibi müəyyən etmək üçün penaltilər seriyası təşkil olunub. Penaltiləri daha dəqiq yerinə yetirən rəqib komanda yekunda 3:2 hesablı qələbə qazanıb.
Millimiz turnirdə növbəti oyununu avqustun 24-də estoniyalı yaşıdlarına qarşı keçirəcək.