Qabriel Boşilya "Qarabağ"ın transfer siyahısında varmı?

Braziliya mətbuatında "Qarabağ"ın Qabriel Boşilyanı transfer etmək istədiyinə dair xəbərlər yayılıb.

Newsport.az-ın məlumatına görə, məlumatda Ağdam təmsilçisinin “Kuritiba”nın (Braziliya) 27 yaşlı vingerini almaq istədiyi iddia olunub. Qeyd edilib ki, danışıqlar uğurla nəticələnsə, elə bu ay yarımmüdafiəçini "Qarabağ"a keçəcək. Onun transferinin 200 min avroya başa gələcəyi vurğulanıb.

Hazırda "Qarabağ" klubunun danışıqlar apardığı oyunçular sırasında Qabriel Boşilya adlı oyunçu yer almayıb. Düzdür, mümkündür ki, bu futbolçu menecerlər vasitəsi ilə kluba təklif edilib, lakin onun bu gün üçün transfer edilmə ehtimalı yoxdur. 

Boşilyanın Braziloya və İtaliya vətəndaşlığı var. Onun hazırkı klubu ilə müqaviləsi 2023-cü ilin dekabrın 31-də başa çatır.

Qeyd edək ki, Boşilya "Kuritiba"ya qədər müxtəlif vaxtlarda "İnternasional", "San-Paulu" (hər ikisi Braziliya), "Monako" və "Nant"da (hər ikisi Fransa) da çıxış edib.

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right