Ayaz Quliyev "Sabah"a keçir

“Ximki”nin yarımmüdafiəçisi Ayaz Quliyev karyerasını “Sabah”da davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə Rusiyanın "Sport-ekspress" nəşri məlumat yayıb.

Bildirilib ki, A.Quliyev Rusiya 1-ci liqa təmsilçisində fərdi proqram üzrə məşq edir. Ancaq onun hər hansı zədəsi yoxdur.

Qeyd edək ki, A.Quliyev sonuncu dəfə iyulun 17-də Birinci Liqanın 1-ci turunun "Tümen"lə oyununda (1:3) “Ximki”nin heyətində meydana çıxıb.

Xatırladaq ki, daha əvvəl "Neftçi"nin azərbaycanlı futbolçunun transfer edəcəyi xəbəri yayılmışdı. Ancaq təzminat qiyməti məsələsində klublar razılığa gəlməmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right