"Qarabağ" heyətini rusiyalı qapıçı Andrey Lunyovla gücləndirdi.
Newsport.az-ın məlumatına görə, 31 yaşlı qolkiperin Ağdam klubunda alacağı maaş bəlli olub.
Təcrübəli qapıçı "Qarabağ"da ilk mövsümünə görə 200 min avro (təxminən 370 min manat) alacaq.
Xatırladaq ki, Lunyov "Qarabağ"la 1+1 illik müqavilə imzalayıb.
O, karyerası ərzində “Torpedo”(Moskva), “Saturn”, “Ufa”, “Zenit”, “Bayer” klublarının qapısını qoruyub.