Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulacaq.
Newsport.az xəbər verir ki, ilk olaraq "Qarabağ"la "Araz-Naxçıvan" qarşılaşacaq. "Azərsun Arena"da keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Günün və turun son matçında isə bu həftə Konfrans Liqasında mübarizəni dayandıran iki komanda üz-üzə gələcək. "Neftçi" səfərdə "Sabah"ın qonağı olacaq. Oyun saat 20:00-da başlayacaq.
20 avqust (bazar)
20:00. “Sabah” – “Neftçi” - 1:1 (İkinci hissə)
Qol: Boyan Letiç, 43 (1:0), Con İrasabal, 49-avtoqol (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Elşad Abdullayev, Rauf Cabarov
“Bank Respublika Arena”
18:00. “Qarabağ” – “Araz-Naxçıvan” - 2:1
Qollar: Adama Diakabi, 15 (1:0), Miço Kuzmanoviç, 56 (1:1), Abdullah Zubir, 90+5 (2:1)
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Eyyub İbrahimov, Kamal Umudlu