"Qarabağ" transferi rəsmən açıqladı

"Qarabağ" qapıçı Andrey Lunyevin transferini rəsmən açıqlayıb.

Newsport.az xəbər verir ki, klub "Xoş gəldin, Andrey Lunyev" yazaraq transferi təqdim edib.

Qeyd edək ki, Lunyev karyerası ərzində "Torpedo", "İstra", "Kaluqa", "Saturn Ramenskoye", "Ufa", "Zenit" komandalarında da oynayıb. O, son klubu "Bayer"də 2021-ci ildən çıxış edirdi və may ayında komandadan ayrılıb.

Andrey Rusiyanın əsas millisində 7 oyun keçirib.

Xatırladaq ki, "Qarabağ"ın baş meneceri Asif Əsgərov  32 yaşlı qolkiperlə 1+1 sxemi üzrə müqavilə imzaladıqlarını bildirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right