SPORTAL.AZ "Qarabağ" - "Araz Naxçıvan" matçına bilet üç manata

Azərbaycan Premyer Liqasının 3-cü turunda keçiriləcək “Qarabağ” – “Araz Naxçıvan” qarşılaşmasının biletləri iticket.az-da satışa çıxarılıb.

Newsport.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

Biletlər bu gün və sabah iticket.az-da onlayn, həmçinin oyun günü “Azersun Arena”nın kassasında da satışda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right