“Qəbələ”nin zədəlilərindən biri sıraya döndü, ikisi…

“Qəbələ” Premyer Liqanın 3-cü turunda “Sumqayıt”la qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmada iki futbolçu iştirak etməyəcək.

Asif Məmmədov və Fares Abu Akel zədədən sonra bərpa prosesi keçir. Məmmədov fərdi məşqlərə də start verib.

Bərpa prosesini başa vuran Zurab Oçiqava isə artıq komanda ilə hazırlığa başlayıb.

“Qəbələ” – “Sumqayıt” görüşü saat 18:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right