"Neftçi" ölkə xaricinə toplanışa yollanmağı planlaşdırır

"Neftçi" sentyabrda ölkədən kənarda təlim-məşq toplanışı keçirməyi planlaşdırır.

Premyer Liqanın 5-ci turundan sonra milli komandaların oyunları ilə əlaqədar iki həftəlik fasilə olacaq.

Newsport.az saytına verilən məlumata görə, Adrian Mutu komanda ilə bir həftəlik xaricə təlim-məşq toplanışına getmək istəyir. Toplanış vaxtı və yeri hələlik açıqlanmayıb.

Xatırladaq ki, daha əvvəl Rusiya mətbuatı sentyabrda “Neftçi”nin yenidən Sankt-Peterburqda “Zenit”lə yoldaşlıq görüşü keçirə biləcəyini yazmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right