"Qarabağ"da yeni qapıçı: Bu gün Bakıya gəlir

"Qarabağ" "Bayer"dən (Almaniya) ayrılan qapıçı Andrey Lunyevlə razılaşıb.

Newsport.az xəbər verir ki, 32 yaşlı qolkiper bu gün Bakıya gələcək. O, sabah tibbi müayinədən keçəcək. Daha sonra rusiyalı qolkiperlə 1 illik müqavilə imzalanacağı gözlənilir. O, “Qarabağ”a azad agent kimi keçib.

Qeyd edək ki, Lunyov karyerası ərzində "Torpedo", "İstra", "Kaluqa", "Saturn Ramenskoye", "Ufa", "Zenit" komandalarında da oynayıb. O, son klubu "Bayer"də 2021-ci ildən çıxış edirdi və may ayında komandadan ayrılıb.

O, Rusiyanın əsas millisində 7 oyun keçirib.

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right