Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tur start götürüb.
Newsport.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. Çempionatda Qərb derbisi oynanılıb. "Kəpəz" doğma meydanda "Turan Tovuz"u qəbul edib. Oyun Tovuz klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Ayxan Abbasovun komandası liderliyə yüksəlib.
Qeyd edək ki, tura 19 və 20 avqust tarixlərində keçiriləcək oyunlarla yekun vurulacaq.
18 avqust (cümə)
17:00. “Kəpəz” – “Turan Tovuz” - 0:2
Qollar: Martin Petkov, 18 (0:1), Belajdi Pusi, 21 (0:2)
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Şirmamed Mamedov, Əli Əliyev
Gəncə şəhər stadionu