"Qarabağ" ardıcıl 10-cu dəfə qrup mərhələsində

“Qarabağ” ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi Avropa Liqasının pley-off mərhələsinə yüksələrək buna nail olub. III təsnifat mərhələsində HİK-i mübarizədən kənarlaşdıran komanda (2:1, 2:1) ən azı Konfrans Liqasının qrupunda oynamağı təmin edib.

2014/2015 mövsümündən başlayaraq ardıcıl 9 dəfə avrokubokların qrup mərhələsində mübarizə aparan "Qarabağ" 10-cu bunu bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right