Sergen Yalçın "Neftçi" ilə anlaşa bilməməsinin səbəbini açıqladı

"Neftçi"nin Adrian Mutudan əvvəl baş məşqçi postuna gətirmək istədiyi Sergen Yalçın Türkiyə mətbuatına açıqlama verib.

Newsport.az xəbər verir ki, 51 yaşlı mütəxəssis Azərbaycan klubu ilə danışıqlarının uğursuz nəticələnməsinin səbəbi barədə danışıb. O, "ağ-qaralar"la maliyyə şərtlərində anlaşa bilmədiyini deyib:

"Neftçi" ilə görüşdük. Əslində gözəl görüş keçdi. Amma maddi problemlər var idi. Öz müqaviləmdən bəhs etmirəm. Komandanın büdcəsi istədiyimiz kimi deyildi. Azərbaycana oyunçu gətirmək asan deyil. Onlar buna çox da hazır deyillər".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right