Azərbaycan milli komandasının AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniya yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, bu il oktyabrın 13-də keçiriləcək Estoniya - Azərbaycan oyunu Tallin şəhərindəki “Le Kok Arena”da təşkil olunacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.