II Liqada komandaların sayı artırıldı

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az xəbər verir ki, iclasda Azərbaycan II Liqası ilə bağlı müzakirələr aparılıb. Alınan qərara əsasən, turnirdə komandaların sayı 12-dən 14-ə yüksəldilib.

Qusarın "Şahdağ" və Daxili İşlər Nazirliyinin "Dinamo" komandaları yeni mövsümdə II Liqada mübarizə aparacaq.

Qeyd edək ki, daha əvvəl "Füzuli", "Göygöl", "Ağdaş", "Sportinq Baku", "Qusar", "Marxal Şəki", "Şəfa Baku", "Cəbrayıl", "Lerik", "Kürmük Qax", "Şəmkir" və "Kür-Araz"ın çempionatda iştirakı dəqiqləşmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right