"Fənərbaxça"nın futbolçusu Yunanıstan klubuna keçir

"Fənərbaxça" futbolçusu Villian Arao ilə yollarını ayıracaq.

Newsport.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı klublarından təkliflər alan 31 yaşlı yarımmüdafiəçi karyerasını Avropada davam etdirmək istəyir.

Braziliyalı orta xətt oyunçusununun xidmətində "Panatinaikos" maraqlıdır. Təcrübəli futbolçu Yunanıstan klubunun təklifinə isti yanaşır. Transferin 3 milyon avroya yekunlaşacağı gözlənilir.

Qeyd edək ki, "Fənərbaxça" Villian Araonu ötən ilin yayında "Flamenqo"dan transfer edib. O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right