"Helsinki" ilə səfər oyununa qələbə ardınca gedəcəyik" - "Qarabağ"ın forvardı

"Qarabağ"ın forvardı Juninyo Vieyra Azərbaycan Premyer Liqasının 2-ci turunun "Turan Tovuz"la(3:0) görüşündən sonra jurnalistlərə müsahibə verib.

- "Turan Tovuz"u 3:0 hesabı ilə məğlub edə bildiniz. Matçla bağlı nə deyəcəksən?

- Çox isti havada oynadıq. Xüsusən də, ilk dəqiqələrdə belə idi. Bizim üçün oynamaq çətin oldu. Buna baxmayaraq, komanda əvvəlcədən verilən tapşırıqları yerinə yetirdi. Ümumilikdə, hesaba görə sevincliyəm.

- "Helsinki" ilə ilk matçda fərqləndin, “Qarabağ” qalib gəldi. Cavab matçından nə gözləmək olar?

- Hələ bu oyun haqda düşünməmişdik. Çünki “Turan Tovuz”la matçımız var idi. Bundan sonra bütün fikrimizi "Helsinki" ilə qarşılaşmaya yönəldəcəyik. Səfərdən uğurlu nəticə ilə qayıtmağı planlaşdırırıq.

- İlk matçda rəqibinizə qalib gəldiniz. Növbəti mərhələyə adlamaq şanslarınızı necə dəyərləndirirsən?

- Hər qələbə çox vacibdir. Ona görə də, indi də hər oyun fərqlidir. Səfərə qələbə ardınca gedəcəyik. 

- Tam formaya düşməyin üçün nə qədər vaxta ehtiyacın var?

- Hələ 100 faiz hazır deyiləm. Lakin günü-gündən özümü daha yaxşı hiss edirəm. Komandada hamı daha yaxşı performans göstərməyim, adaptasiyanı keçmək üçün əllərindən gələni edir. 

- Premyer Liqanın bombardiri olmağı istəyirsən?

- Mən daha çox komandanın qələbə qazanmasını istəyirəm. Qələbə olanda, qollar gəlir. Fərqi yoxdur, mən vurdum qolu, yoxsa başqası. Mənim üçün prioritet komandanın qələbəsidir. Bombardirlik barədə fikirləşmirəm.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right