Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları davam edir.
Newsport.az xəbər verir ki, bu gün bir matç baş tutacaq. Son çempion "Qarabağ" öz meydanında "Turan Tovuz"u qəbul edəcək. Qarşılaşma saat 18:30-da start götürəcək.
Tura dünən start verilib. "Araz-Naxçıvan" "Qəbələ"ni, "Zirə" isə "Kəpəz"i məğlub edib. Sabah isə "Neftçi" doğma meydanda "Səbail"i qəbul edəcək.
Qeyd edək ki, 2-ci turun "Sumqayıt" - "Səbail" görüşü PFL-in qərarı ilə təxirə salınıb.
Azərbaycan Premyer Liqası
II tur
13 avqust
18:30 Qarabağ - Turan Tovuz 3:0
Qollar: Juninyo 30, Zubir 67, Diakabi 69
Baş hakim: Rauf Allahverdiyev