"Kəpəz" "Zirə" ilə matça itkilərlə çıxacaq

"Kəpəz" Premyer Liqanın II turu çərçivəsində "Zirə" ilə səfərdə keçiriləcək oyuna itkilər ilə çıxacaq.

Newsport.az-ın məlumatına görə, ötən həftə məşqlərin birində zədələnən kapitan Vurğun Hüseynov zədəsini sağaltmadığından görüşü buraxacaq.

Elmir Tağıyev isə cəzalıdır. "Səbail"dən icarəyə götürülən yarımmüdafiəçi ötən mövsüm müqavilə ilə məxsus olduğu komandanın heyətində 4 oyun cəzalandığından diskvalifikasiya müddəti hələ başa çatmayıb.

Qeyd edək ki, "Zirə" - "Kəpəz" oyunu saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right