"Qəbələ" Ruslan Abışovu rəsmən təqdim etdi FOTO

"Qəbələ" Vüqar Nadirovun ardından daha bir futbolçunu rənglərinə bağlayıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əyalət təmsilçisi ötən mövsüm "qırmızı-qara" formada çıxış edən Ruslan Abışovla anlaşıb. "Qəbələ"nin sabiq kapitanı ilə mövsümün sonunadək müqavilə imzalanıb. 28 yaşlı müdafiəçi 2015-ci ilin yayında "Qəbələ"dən "Xəzər Lənkəran"a keçmişdi. Bunadək Ruslan "Neftçi" (2006-2012), "Xəzər Lənkəran" (2012-2013), "Rubin" (Kazan, Rusiya) (2013-2015) və "Qəbələ"də (2014-2015) çıxış edib. Abışov Azərbaycan millisinin heyətində 45 oyun keçirib və 4 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right