"Zirə"dən ayrılığı rəsmiləşdi, bu komandada oynayacaq

"Zirə"də növbəti ayrılıq yaşanıb.

Newsport.az saytına verilən məlumata görə, Slavik Alxasov komandanı tərk edib. O, artıq klubla razılıq əldə edərək sənədlərini qəsəbə təmsilçisindən götürüb. Futbolçu bu gündən "Zirə"nin futbolçusu deyil.

Onun mövsümün gedişində hansı komandada oynayacağı da dəqiqləşib.

Belə ki, müdafiəçi "Turan Tovuz"un formasını geyinəcək. Alxasov Tovuz klubu ilə razılıq əldə edib və bu komanda ilə bir illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right