"Qarabağ"ın legioneri Azərbaycanı tərk etdi

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Rakuv"la oyundan öncə keçirilən məşqdə zədələnən Marko Veşoviç müalicəsi ilə əlaqədar olaraq Azərbaycanı tərk edib.

Newsport.az xəbər verir ki, zədəsini sağaltmaqda olan monteneqrolu bərpa kursunu Serbiyada keçəcək.

Serbiyalı fizioterapevtlər ona gözləniləndən daha tez sağalmağa kömək edəcək.

Əvvəlcə Markonun 6 həftəyə məşqlərə qayıdacağı gözlənilirdi. Amma Serbiyadakı bərpa kursundan sonra onun daha erkən kollektivə qoşulacağı iddia edilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right