"Neftçi" heyətinə yeni futbolçu qatıb.
Newsport.az-ın məlumatına görə, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Bakı təmsilçisi "Erzurumspor"dan ayrılan 29 yaşlı hücumçu Aaron Sauel Olanareni transfer edib. Hələlik keçidin detalları açıqlanmayıb.
Qeyd edək ki. Aaron 2021-2023-cü illərdə "Erzurumspor"da oynayıb. Həmçinin o, “Şutinq Starz”, Norveçin “Valerenqa” və “Sarpsborq”, Çinin “Quançjou”, “Siçuan” və “Çançun Yatay”, Rusiyanın “Amkar” və İsrailin “Beytar" (Yerusəlim) klublarının da formasını geyinib.