Moldova millisinin üzvü "Araz-Naxçıvan"da

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, moldovalı qolkiper Kristian Avram qarşıdakı 1 il ərzində “ağ-qırmızılar”ın qapısını qoruyacaq.

193 sm boya malik olan və Moldova millisinin də üzvü olan 29 yaşlı qapıçının son klubu vətənində “Petrocub” olub. Buna qədər o, Rumıniyanın “Buzau”, Moldovanın “Dinamo -Auto”, “Daçia” komandalarında çıxış edib.

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Nuno Miguel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Mohammed Kadiri, İsmail Azzaoui, Elvis Maşike, İqor Ribeiro, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayev, Zamiq Əliyevlə müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right