MDB Oyunları: Azərbaycan millisindən qələbə

Belarusun paytaxtı Minskdə təşkil olunan II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri yığması ilə qarşılaşan millimiz 7:3 hesabı ilə qələbə qazanıb. Sabir Allahquliyevin dubl etdiyi oyunda komandamızın digər qollarını İsa Zeynallı, Ramil Əliyev, Elçin Qaslmov, Orxan Məmmədov və Elşad Manafov vurub.

Millimiz turnirdə növbəti oyununu sabah saat 15:30-da Özbəkistan yığmasına qarşı keçirəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right