"Sabah"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Partizan" Serbiya Superliqasında 2-ci tur oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, Belqrad təmsilçisi 2-ci turda "Voyvodina"nın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.
"Voyvodina" - "Partizan" - 0:2
Qollar: Saldanya, 47, Meniq, 74
Bu qələbə ilə xalını 4-ə çatdıran "Partizan" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Qeyd edək ki, "Sabah"ın "Partizan"la ilk oyunu avqustun 10-da “Bank Respublika Arena”da, cavab qarşılaşması isə avqustun 17-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək.