Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində baş tutan "Rəvan” – "Neftçi” (1-3) matçından sonra "Neftçi”nin kapitanı Arazb Abdullayev Newsport.az-ın suallarını cavablandırıb:
-Araz ilk öncə qarşılşama haqqında danışardın...
-Komandamız oyuna yaxşı başladı. Məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışdıq. Məqsədimiz ilk hissədə qol vurmaq idi. Gördüyünüz kimi çox çalışdıq. Ailtonun qırmızı vərəqə alması bizi çətin vəziyyətdə qoysa da, ruhdan düşmədik. Komandamı təbrik edirəm. "Rəvan”a gələcək oyunlarda uğurlar arzulayıram.
-Azarkeşlərlə barışmısınız?
-Biz onlarla oyunumuzla və qazanacağımız xallar sayəsində barışa bilərik.
-Növbəti oyun barədə danışardın. Rəqib "Xəzər Lənkəran”dı. Bildiyimiz kimi cənub klubuna transfer qadağası qoyulub. Bu xəbər sizi sevindirmir?
-Biz bütün komandlara qarşı eyni tyempdə hazırlaşırıq. Bildiyiniz kimi "Neftçi” – "Xəzər Lənkəran”oyunu böyük maraq kəsb edir. Bu oyuna yaxşı köklənəcəyik. Çalışacağıq ki, sərfəli nəticə qazanaq.
-"Neftçi”nin hazırkı durumda "Xəzər Lənkəran”ı üstələməsi nə dərəcədə realdır?
-Hər iki komanda bu oyuna qələbə üçün çıxacaq. Kimin daha güclü olmasını 90 dəqiqə sonunda görəcəyik. Əgər qələbə qazanmaq istəyiriksə yaxşı hazırlaşmalıyıq. Çalışacağıq ki, sözügedən oyunda 3 xal qazanan tərəf biz olaq.
-Demək olarmı ki, "Xəzər Lənkəran”la oyunu sır azarkeşlər üçün oynayacaqsınız?
-Həm azarkeşlərimiz üçün, həm özümüz üçün.
-Fəhmin Muradbəylinin çıxşını necə dəyərləndirirsən?
-Şükürlər olsun yaxşı oynayır, çalışır. Bu gün iki qol vurdu. Uğurlu oyuna görə, onutəbrik etdim.
-Düşünmürsən ki, Fəhmin öz üzərində çalışıb, sənin liderliyiniəlindən alsın...
-Biz belə şeyləri fikirləşmirik. Beləhal baş versə belə sevinərəm.