Premyer Liqada ilk tura yekun vuruldu: "Sabah"dan darmadağın, "Neftçi" "Kəpəz"ə uduzdu Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulacaq. 

Newsport.az xəbər verir ki, Azərbaycanı avrokuboklarda təmsil edən "Neftçi" "Kəpəz"lə üz-üzə gələcək. Gəncədə keçiriləcək oyun 17:00-da başlayacaq.Turun son matçında isə "Qəbələ" və "Sabah" komandaları qarşılaşacaq. Qarşılaşmaya saat 20:00-da start veriləcək.

6 avqust

17:00. “Kəpəz” - “Neftçi” - 1:0

Qol: Mate Kvirkviya, 44-pen.

Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Vüsal Məmmədov, Nicat İsmayıllı
Gəncə şəhər stadionu.

20:00. “Sabah” - “Qəbələ” 5:0

Qollar: Emmanuel Apeh, 21, Anatoli Nuriyev, 35, Aleksey İsayev, 45, Coy Lens Mikels, 57, Tellur Mütəllimov, 79

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev
“Bank Respublika Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right