Azərbaycan Premyer Liqasının 4-cü turu maraqlı məqamlarla zəngin oldu.
Newsport.az-ın məlumatına görə, bunlardan biri də 2 illik fasilədən sonra yenidən Premyer Liqaya dönən "Kəpəz”in ev qələbəsi idi.
Belə ki, Şahin Diniyevin yetirmələri həm cari mövsüm ilk qələbəsinə sevindi, həm də Gəncə əhlinə uzun müddətdən sonra ilk Premyer Liqa zəfəri bəxş etdi. Komandanın son 2 mövsümü I divizionda keçirdiyini nəzərə alanda, müddətin böyüklüyü anlaşılır.
Hər necə də olsa, "Kəpəz” düz 857 gündən sonra Gəncə şəhərində Premyer Liqa qələbəsinə sevindi. "Sarı-göylər” elitada sentyabrın 12-dən əvəəl 2013-cü il mayın 8-də 3 xalı baryram etmişdi. 2 il 4 ay əvvəl "Rəvan” Gəncədən boynubükük ayrılmışdı – 3:1.
Komandanın ümumilikdə Premyer Liqadakı son zəfəri isə paytaxt klubu ilə oyundan 5 gün sonra Tovuzda "Turan”la qarşılaşmada (5:3) qeydə alınıb. O hadisənin də üstündən 852 gün keçdiyini hesablamaq çətin deyil.