Azərbaycan Premyer Liqasında 1-ci tur davam edir.
Newsport.az-ın məlumatına görə, 2-ci oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Səbail" "Sumqayıt"ı qəbul edəcək. Oyun saat 18:30-da başlayacaq.
Digər matçda isə "Qarabağ" evdə "Zirə" ilə üz-üzə gələcək. Bu görüş saat 21:00-da start götürəcək.
Qeyd edək ki, mövsüm ötən gün keçirilən "Araz-Naxçıvan" - "Turan Tovuz" oyunu (0:3) ilə başlayıb. Tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq.
5 avqust
18:30. “Səbail” - “Sumqayıt - 1:4
Qollar: Rövlan Muradov, 27 (0:1), David Qomis, 62 (1:1), Erik Sorqa, 67 (1:2), Kamran Quliyev, 70 (1:3), Səbuhi Abdullazadə, 76 (1:4)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Fərid Hacıyev
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASCO Arena”. Saat 18:30
21:00. “Qarabağ” - “Zirə”0:1
Qol: Çantakias, 48
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Azersun Arena”. Saat 21:00