UEFA AFFA-ya cavab verdi Bakıda eyni gündə üç avrokubok matçı olacaq?

"Qarabağ" Avropa Liqası, "Neftçi" ilə "Sabah" isə Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu eyni gündə Bakıda keçirəcək.

AFFA matçların vaxtının dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət edib. 

Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Newsport.az saytına verilən açıqlamada bildirilib ki, UEFA müraciətə müsbət cavab verməyib:

"Üç avrokubok oyununun eyni gündə Bakıda keçirilməməsi ilə bağlı UEFA-ya müraciət etmişdik. UEFA-dan bizə cavab verildi ki, qonaq komandalardan biri razılaşarsa, matçlardan biri avqustun 9-da keçirilə bilər. Lakin rəqib komandalar səfər proqramını öncədən tərtib etdiklərindən bununla razılaşmadılar. Nəticədə, UEFA yekun qərarı verdi ki, oyunlar bir gündə avqustun 10-da keçirilsin".

Qeyd edək ki, "Qarabağ" - HİK, "Sabah" - "Partizan" və "Neftçi" - "Beşiktaş" qarşılaşmaları 10 avqust tarixində baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right