Fəhmin Muradbəyli: Layiqli qələbə qazandıq

"Neftçi"nin hücumçusu Fəhmin Muradbəyli Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, 3:1 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:

"Bu, mənim Premyer Liqada ilk dublum idi. Buna görə çox sevincliyəm. Məşqçilər korpusu sağ olsun ki, mənə şans verdilər və şadam ki, onların etimadını doğrultdum. Ötən gecə demək olar ki, yata bilməmişdim, ancaq yaxşı çıxış etmək haqda düşünmüşdüm. Bütövlükdə, komandamızın hər bir üzvü bu oyunda çox çalışdı. Layiqli qələbə qazandıq". (CBC)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right