"Turan Tovuz"un yeni legioneri bu gün oynamayacaq

"Turan Tovuz" bu gün Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə ilk matçına çıxacaq.

Newsport.az-ın məlumatına görə, tovuzluların rəqibi “Araz Naxçıvan” olacaq.

Ayxan Abbasov bu görüşdə komandanın yay transferlərinin birinin xidmətindən istifadə edə bilməyəcək. Belə ki, “Turan Tovuz”a ötən ay qoşulan Paçu Lira meydana çıxa bilməyəcək. Buna səbəb, 27 yaşlı forvardın Türkiyədəki təlim-məşq toplanışı zamanı “Simba” ilə görüşdə zədələnməsidir.

Tovuz klubu vətənə qayıdandan bu yana Paçu hələ ki, komanda ilə məşq emtəyib.

Qeyd edək ki, “Botafoqo”, “Santa Kruz”, “Boavişta”, “Atibaya”, “Sionerte” klublarında oynamış braziliyalı son olaraq “Trofense” forması geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right