"Neftçi"nin yeni transferi: "İlk qolumu "Xəzər Lənkəran"a vurmağa çalışacağam" MÜSAHİBƏ

"Netçi”nin yeni transferi  Anyete Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində baş tutan "Rəvan” – "Neftçi” oyunundan sonra Newsport.az-ın suallarını cavablandırıb:
 

-Qarşılaşma haqqında nə deyə bilərsiniz?
-Fikrimcə ilk hissədə çox yaxşı oynadıq. İkinci hissədə isə azlıqda qaldıq, ümumi götürdükdə oyunun ritmini də aşağı salmışdıq. Amma 3 xal qazanmışıq. İndi rahatıq.
 
-Komandada o qədər də təcrübəli oyunçu yoxdur.  Təcrübəlilərinizdən Ailton bu gün qırmızı vərəqə aldı və növbəti turda "Xəzər Lənkəran”la matçı buraxmalı olacaq. Səncə bu sizə problem yaratmayacaq?
-Təbii vacib oyun oynayacağıq. Düzdü vacib oyunçunu itirdik. Amma "Neftçi” böyük komandadı. Düşünrəm ki, böyük komanda bu vəziyyətdən çıxmalıdı.
 
-Maraqlıdı azarkeşlər 90 dəqiqə ərzində "Xəzər Lənkəran” əlehinə şüarlar səsləndirdi. Ümumiyyətlə bundan xəbərin oldumu?
-Bəli. Futbolçularla danışmışam, vacib oyun olacaq. İndidən bu barədə düşünürük.
 
-"Neftçi” "Xəzər Lənkəran”ı məğlub etməsə azarkeşlər bunu "Neftçi”yə bağışlamayacaq.Ən azından şüarlarında belə deyirdilər...
-Bu barədə fikirləşmirəm. Çünki bu futboldu. Öz oyunumu düşünürəm.
 
-Yoldaşlıq oyunlarında fərqlənmisən.Bəs Premyer Liqada nə vaxt fərqlənəcəksən?
-Oyun boyu qol vurmağa çalışdım. Amma bir şansım oldu ki, ötürmə etdim.Çlışacam ki,  birinci qolumu "Xəzər Lənkəran”a vurum.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right